Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən yayılan məlumatda bildirilib.
Təlimlərə başlamazdan öncə artilleriyaçılar 100 km-lik yürüş keçiblər. Təlim mərkəzində artilleriyaçılar “Qvozdika” özüyeriyən haubitsalar, “Qrad” reaktiv yaylım atəş kompleksləri, “Konkurs” tankəleyhinə raket komplekslərinin açılması üzrə məşqlər keçiriblər.
Praktiki təlimlərə 200-dən çox hərbi qulluqçu və 100-dək hərbi texnika, o cümlədən top və minaatanlar cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az