Erməni əsgər atasına qarşı polis zorakılığı: "Oğlumun qatilindən pul alıb, azad buraxıblar"

2018/01/799032345345_1515747803.jpg
Oxunub: 532     14:32     12 Yanvar 2018    
Oğlunun özünəqəsd etdiyinə inanmayan erməni əsgərinin atasını istintaq orqanına gətiriblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölən erməni əsgəri Davit Terteryanın atası Vahe Terteryn 4 polis tərəfindən zorla istintaq idarəsinin hərbi istintaq orqanına aparılıb.

Hadisə ilə bağlı ölən erməni əsgərinin atası bildirib ki, mənim ağzımı bağlamağa və ya rüşvətlə almağa aparırlar. Çünki mən istintaq orqanına demişəm ki, sizə inanmıram. Cinayət işinin istintaqına xitam verilib. Amaa vəkil sübut edib ki, hadisə özünəqəsd yox, öldürülmədir. Pul alıb cinayət işini bağlayıb, qatil şəxsi də azad ediblər.

Terteryanların vəkili “Sülh dialoqu” ictimai təşkilatının eksperti Ruben Martirosyan erməni mətbuatına müsahibəsində bildirib ki, ilkin istintaq orqanı hadisənin araşdırılması yox, ört basdır edilməsi ilə məşğul olub.

Bunu hadisə yerinin təsviri, aşkarlanarkən meyidin hansı vəziyyətdə olması, hadisə yerində yeni əşyaların, xüsusilə daşın peyda olmasına dair verilən izahatlardakı ziddiyyətlər və hadisə yerindən bəzi əyaların yox olması sübut edir. Vəkil Ruben Martirosyan deyir ki, tətik çəkilərkən açılan atəşdən sonra yayılan mis qırıntıları bütün əsgərlərin paltarlarında aşkar edilib. Bu onu göstərir ki, hadisə baş verərkən bütün əsgərlər orda olub.

Ölüm hadisəsi və hadisə yerinin təsvirinə, meyidin aşkarlanması şəraitinə dair bütün izahatlar biri digərini təkzib edir və ziddiyyətlər təşkil edir.

Hadisə zamanı tibb təlimatçısı 15 dəqiqə sonra gəlib və Davit Terteryanın hələ də sağ olduğunu qeyd edib. Ancaq sonradan bu izahat cinayət işindən yox edilib və ölümün dərhal baş verdiyini sübut etməyə çalışan ekspertizanın rəyi yerləşdirilib.

"Müstəntiqlər ölüm işini məişət problemləri ilə əlaqələndirmək istəsələr də, ölən Davitlə çavuş Stepan Hamazaspyan arasında 2 ay davam edən münaqişə faktı üzrə heç bir araşdırma aparılmayıb. Müstəntiqlər Davitin evə zəng etdiyi mobil telefonunun harada olduğunu araşdırmaq əvəzinə, bizdən soruşurlar", - deyə vəkil Martirosyan əlavə edib.

Xatırladaq ki, Davit Terteryan 2016-cı il fevralın 12-də işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birinin ön xətt mövqeyində avtomat silahdan açılan atəş nəticəsində ölüb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Cinayət   Ölüm  

Xəbər lenti

Erməni əsgər atasına qarşı polis zorakılığı: "Oğlumun qatilindən pul alıb, azad buraxıblar"

2018/01/799032345345_1515747803.jpg
Oxunub: 533     14:32     12 Yanvar 2018    