Naxçıvanda 25 qadın hərbi xidmətə götürülüb

2018/01/qadin-herbci34534_1515741491.jpg
Oxunub: 825     11:16     12 Yanvar 2018    
Ötən il ehtiyata tərxis olunan hərbi vəzifəlilərdən yenidən hərbi xidmət keçmək üçün müxtəlif hərbi hissələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 231 nəfər namizəd seçilərək göndərilib ki, bunlardan da 25 nəfəri qadın hərbi qulluqçulardır.

Ordu.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2017-ci ilin yekunlarına və qarşıya qoyulmuş vəzifələrin icrasına həsr olunmuş müşavirədə deyilib.

Bildirilib ki, ötən il 8 nəfər ehtiyatda olan zabit ehtiyatdan çağırılaraq 1 il 6 ay müddətinə və 11 nəfər ehtiyatda olan gizir ehtiyatdan çağırılaraq 5 il müddətinə həqiqi hərbi xidmət keçmək üçün göndərilib, onlardan 5 nəfər zabit və 1 nəfər gizir hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edirlər.

Ordu.az

Teqlər: Naxçıvan   HXÇDX   Hərbi-xidmət  

Xəbər lenti

Naxçıvanda 25 qadın hərbi xidmətə götürülüb

2018/01/qadin-herbci34534_1515741491.jpg
Oxunub: 826     11:16     12 Yanvar 2018    