Hərbi ekspert düşmənin “kosmik kəşfiyyatı” barədə: “Buna heç Belarusun da büdcəsi çatmaz”

2018/01/412225687_1515652232345_1515659635.jpg
Oxunub: 980     12:29     11 Yanvar 2018    
Ordu.az Belarus hərbi-siyasi analitik Aleksandr Tixanski ilə müsahibəni təqdim edir.

- Ermənistanın kosmik fəzadan istifadə və tədqiqat, xüsusən qonşu ölkələrin ərazisində kosmik kəşfiyyat sahəsində imkanlarını necə qiymətləndirirsiniz?

- Qiymətləndirmə yetərincə aydındır. Belə deyərdim: Ermənistanın kosmik fəzada tədqiqatlar sahəsində qarşısına qoyduğu hədəflər regionun zəruri pul vəsaitlərini ayırmağa qadir istənilən ölkəsi üçün əlçatandır. Axı bunun üçün kosmik aparatlara malik olmaq zərurəti yoxdur: köhnə optik teleskoplar var. Bir az bahalı – radioelektron teleskoplar da mövcuddur.

Lakin bu, ksomik kəşfiyyata, daha dəqiq desək, öz silahlanmasında radioelektron alətlər, optoelektron qurğular, o cümlədən infraqırmızı spektrə malik kosmik aparatlarla həyata keçirilən kəşfiyyata aid deyil. Aşağı orbitdə öz aparatlarına malik cəmir bir neçə ölkə var və yalnız onkar kosmik kəşfiyyata aidiyyəti olan sahələrini inkişaf etdirə bilər.

Həmçinin aşağı orbitdə yerləşən peyklər (yalnız onlar kefiyyətli şəkildə bütün spektrlərdən müşayiəti həyata keçirməyə qadirdir) müəyyən izləmə xəttinə malikdir və bu xətt orbitin əyilməsindən asılıdır. Məhz bu, belə peyklərin hərəkət etdiyi xətt üzrə bütün ölkələrin görünməsini, yəni Avropa, Asiya, Afrika, həm də Amerikanın görünməsini təmin edir, lakin adi uçuş zamanı onların yalnız bəzi yerləri görünür və bu görünüş çox məhdud olur. Yəni Ermənistanın kosmik kəşfiyyat aparmasından danışmaq cəfəng olardı.

- Sizcə, Ermənistan öz kəşfiyyat peyki və ya peyk qrupunu yarada bilərmi?

- Hazırda və qarşıdakı 5 il ərzində (5 il yalnız peykin hazırlanmasına gedir) nəinki peyk qrupu, ümumiyyətlə, bu istiqamətdə heç bir prespektiv görmürəm. Bu, həm aparatların qiyməti, həm də aşağı orbitdə uçan peyklərin “ömür” müddəti baxımından çox bahalı istiqamətdir. Dediyim kimi, peyklərə bir çox ölkələr malikdir, lakin əsasən bu, kommunikasiya aparatlarıdır və onlar ya yüksəkdədirlər, ya da geostasionar orbitdə. Buna hətta bir peyki olan və gələcəkdə onların sayının artırılmasını yalnız qarşıdakı 10 il üçün planlaşdıran Belarusun da büdcəsi çatmaz.

Bu səbəbdən Belarus və Rusiyanın texniki dəstəyi (həmçinin Azərbaycanın da yararlana biləcəyi) yardımçı ola bilməz.

- Bir kəşfiyyat peykinin yaradılması neçəyə başa gəlir?

- Bu yaxınlarda amerikalılar orbitə çıxa bilməyən və okeana düşən bir peyklərini itirdilər. Nəticədə onlar milyonlarla dolların itirildiyinə dair açıqlama verdilər. Hətta əgər buraya raket daşıyıcısı və buraxılışın özünün qiyməti daxil edilsə belə, istənilən halda layihənin özünün əhəmiyyətli dərəcədə böyük qiymətini fərqləndirmək mümkündür. “Nanopeyklər” adlanan kiçikölçülü peyklər də yaradılıb, onlar orbitə o qədər də böyük olmayan məbləğ qarşılığında (peykin çəkisi və orbitin yüksəkliyindən asılı olaraq) xarici ölkələrin raket daşıyıcıları vasitəsilə çıxarılır. Lakin onlar tədqiqat xarakterlidir və onların qarşına qoyulan tapşırıqlar spektri kosmik kəşfiyyatın qarşısına qoyduğu hədəflərdən fərqlənir, o cümlədən belə peyklər kəşfiyyat işlərinin öhdəsindən gələ bilmir.

Kosmik kəşfiyyata qarşı mübarizə tədbirləri hələ “soyuq müharibə” dövründə hazırlanıb: maskalanma (optik, radar əleyhinə, müxtəlif spektrlərdə yalançı obyektlərin yaradılması), peykin onun sahiblərinə maraqlı olan obyektlər üzərindən uçuş vaxtını bilmək.

Nəticə birdir: büdcədən ayrılan vəsaitlər hesabına Ermənistan “kosmik kəşfiyyat”ının yaradılmasından danışarkən qeyd etmək zəruridir ki, hazırda iki təyinata malik təşkilat yardılıb və bu onun “Geokosmos” adında da görünür. Yəni bu və ya digər ərazinin panorama görünütüləri əldə ediləcək və onların şifrələnməsi aparılacaq (bu işdə maraqlı olan qurumlarda) – Ermənistanın başqa imkanları mövcud deyil və yaxın 10 il ərzində də olmayacaq.

- Belarusun kosmik kəşfiyyat sistemi hansı dərəcədə inkişaf edib və Minsk bu sahədə Bakıya nə təklif edə bilər?

- Hərbi fəaliyyət növü kimi bizdə kosmik kəşfiyyat mövcud deyil. Bizdə İttifaq dövlətinin hərbi təşkilatı var. Minsk Bakıya kosmik sahədə əməkdaşlıq təklif edə bilər və bunu edir – bizim peykimizdən 25-dən çox dövlət görüntülər əldə edir.

Görüntülərin qiymətinə gəlincə isə, adətən bu, kommersiya sirridir. Qiymət bir çox nüanslardan asılıdır: görüntülərin keyfiyyəti, ərazinin çəkilişinin sıxlığı, çəkilişin hansı spektrlərdən aparılması və s. Orta qiymət 100 dollardan başlayır, lakin bu, dəqiq deyil.

Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Kosmik-kəşfiyyat   Ermənistan   Təxribat  

Xəbər lenti

Hərbi ekspert düşmənin “kosmik kəşfiyyatı” barədə: “Buna heç Belarusun da büdcəsi çatmaz”

2018/01/412225687_1515652232345_1515659635.jpg
Oxunub: 981     12:29     11 Yanvar 2018    