Qarabağda kosmik monitorinq həyata keçirilib

2018/01/azercosmos-azerkosmos-daxili-2345345_1515649303.jpg
Oxunub: 709     09:39     11 Yanvar 2018    
“2009-cu ildə təsdiq edilən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib”.

Bunu ötən gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos” ASC-nin Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb və “Azerspace-1” ölkənin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib: ““Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir, həmçinin işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılır. Bundan başqa, ötən il Kəlbəcər və Zəngilan rayonları ərazisində yerləşən filiz yataqlarının kosmik monitorinqi həyata keçirilib və hasilat sahələrində baş vermiş genişlənmələr aşkar edilib”, -deyə R.Nəbiyev vurğulayıb.

Ordu.az

Teqlər: Qarabağ   Kosmik-monitorinq   Azersky  

Xəbər lenti

Qarabağda kosmik monitorinq həyata keçirilib

2018/01/azercosmos-azerkosmos-daxili-2345345_1515649303.jpg
Oxunub: 710     09:39     11 Yanvar 2018    