"Sasna Tsrer" tərəfdarları ayağa qalxdı - İrəvanda aksiya keçirildi (VİDEO)
Oxunub: 1530
18:54
10 Yanvar 2018
"Sasna Tsrer" qrupunun üzvləri bu gün Ermənistan Penitensiar idarəsinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları "Sasna Tsrer" üzvləri olan, 2017-ci ilin dekabrın 19-dan aclıq aksiyası keçirən keçmiş döyüşçülər Smbat Barseğyan və Armen Bilyanın "Armavir" cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edirlər.
Etirazçılar bina qarşısında dayandıqdan bir müddət sonra, Arşakunyats prospektini bağlayıblar. Nəticədə, etirazçılar və polislər arasında qarşıdurma olub.