Çin silah bazarı Azərbaycan üçün nə verə bilər? - I HİSSƏ

2018/01/58babbcec361887f568b4724_1515491760345_1515504930.jpg
Oxunub: 2092     21:30     09 Yanvar 2018    
Çin yaxın zamanlarda artan templərlə öz silahının ixrac potensialını artırmaq niyyətindədir. Bu mövzuya son zamanlarda Çin KİV-lərində böyük diqqət ayrılır, sual isə yetərincə aydındır. O mənada ki, qabaqcıl texnologiyalar, istehsal bazası və münasib kadrlara malik ölkə dünya silah bazarına daha aktiv çıxa, öz məshullarını təqdim edə bilər.

Qiymət-keyfiyyət mütənasibliyi üzrə Çin silahı yetərincə müqavimətə davamlıdır. Stokholm dünya problemlərinin araşdırılması üzrə beynəlxalq institutu bildirir ki, Çin ABŞ və Rusiyadan sonra silah ixracına görə 3-cü pillədədir. O, bu sahədə Böyük Britaniya, Almaniya və Fransanı qabaqlayır. Həmçinin dünya silah ixracında 5 faizlik mövqeyə malik olmaq Çini qane etmir. O çox davamlı şəkildə yeni satış bazarları axtarır və Çin üçün belə bazarlardan biri Azərbaycandır.

Bunun təsadüfi olmadığını təxmin edə bilərik. Çin Xalq Respublikası və Azərbaycanın münasibətləri son illər ərzində artan xətlə inkişaf edir. Qarşılıqlı siyasi etimad fasiləsiz şəkildə dərinləşib, əməkdaşlığın müxtəlif sahələrində yaxşı nəticələr əldə edilib, regional və beynəlxalq məsələlərdə sıx əməkdaşlıq yaranıb. Azərbaycan prezidenti İlham Əliyev iki dəfə - 2005 və 2015-ci illərdə Çinə səfər edib və onlarla əməkdaşlığı genişləndirmək niyyətini bildirib. Öz növbəsində Çin lideri Si Tsinpin isə prezident İlham Əliyev və Azərbaycan xalqına böyük hörmətlə yanaşdığını ifadə edərək Çin-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirib.


Müdafiə sahəsində əməkdaşlıq Azərbaycan-Çin əməkdaşlığının ən prespektivli sahələrindən biridir. Çinin bu mövzuda Azərbayacana təqdim edəcək çox şeyi var. Söhbət Çinin öz istehsalı olan və digər ölkələrlə əməkdaşlıq formasında istehsal etdiyi silah və texnologiyalardan gedir. Sirr deyil ki, Çin silah istehsalçıları müasir Rusiya, ABŞ, Fransa, İtaliya və s. ölkələrin müasir texnologiya nümunələrinin üzünü köçürməyi sevirlər. Bundan sonra isə orijinaldan əhəmiyyətli dərəcədə ucuz, bununla belə keyfiyyətdə heç nə ilə fərqlənməyən silah və texnika nümunələri istehsal edirlər.

Silah istehsalına belə bir qədər mübahisəli, lakin uğurlu yanaşma hazırda Çin ordusu, Hərbi Hava Qüvvələri, o cümlədən donanmasında ən müasir silahların olması ilə nəticələndi və Çin bu silahları daha da inkişaf etdirir. Hərbi Hava Qüvvələri sahəsində ilk növbədə Çin ixracının əsas gözlənilən ulduzu, 4-cü nəsil çoxməqsədli qırıcısı “Çendu” J-10-un adını çəkmək lazımdır. Bu qırıcı İsrail və Rusiya nümunələrinin istifadəsi, Rusiya mühərrikinin lisenziya ilə əldə olunan sürətiylə təchiz edilib və hazırda Çin Hərbi Hava Qüvvələrinin əsas sütunu hesab olunur. Belə qırıcıların sayı Çin ordusunda artıq 300-dür.


Xarici ekspertlərin qiymətləndirməsinə görə, J-10 Rusiyanın MiQ-29 və Su-27 qırıcıları, o cümlədən Tayvan Hərbi Hava Qüvvələrinin silahlanmasında olan ABŞ F-16-ları və Fransa istehsalı olan “Miraj-2000”lərə qarşı uğurla istifadə oluna bilər. “Çendu” öz sinifində Rusiya Hərbi Hava Qüvvələrinin daha təkmil təyyarələridir, onlar istənilən hava şəraitində, gecə və gündüz, hətta rəqibin radioelektron mübarizə vasitələrinin istifadəsi halında belə öz işlərini yerinə yetirə bilir. Vacib amillərdən biri isə təyyarəyə “10Atai Hang” mühərrikinin quraşdırılmasıdır, nəticədə J-10 bütünlüklə Çin təyyarəsinə çevrilib. Bununla da üçüncü tərəfin təyyarələrin ixracına embarqo faktoru istisna edilir.

Praktiki olaraq 2 min kilometr zərbə məsafəsi, 23 millimetrlik güclü lülələr, 7260 kiloqramlıq döyüş yükü (odarəolunan və idarəolunmayan mütəlif növ raketlər, bombalar), manevr etmə qabiliyyəti, avionika və atəşin idarə edilməsi sistemi (taktiki vəziyyət və uçuşun xüsusiyyətləri barədə məlumatlar 3 ədəd çoxfunksiyalı displeydə görüntülənir, həmçinin kabinənin fənərində proeksiya şəklində görünür) – bütün bunlar artıq J-10-da var və sadalananlar onu çinlilərin görkəmli təyyarəsinə, o cümlədən müasir çoxfunksiyalı qırıcıya çevirib.

Əgər buraya dəbilqəüstü nişangahı, radar stansiyaları tərəfindən izlənmə barədə xəbərdarlığı, 100 kilometr məsafədə yerləşən 24 hava hədəfini eyni anda izləməyə icazə verən kompleksi, BM/KG300G radioelektron mübariziə kompleksini da əlavə etsək, bu, J-10-un heç nədə öz rəqiblərindən geri qalmayan ilk müasir Çin reaktiv qırıcısı olmasını təsdiq edər. Odur ki, onun alınması Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya gücünü əhəmiyyətli dərəcədə artıracaq, çinlilər isə qırıcının ödəmə qabiliyyəti olan ölkələrə satışında maraqlıdırlar.


Çinin digər silahlarından Azərbaycan üçün xüsusi maraq doğura biləcəklər arasında WS seriyasının ağır reaktiv yaylım atəşi sistemlərini də qeyd etmək olar. 300-400 millimetr kalibrli, 40 kilometrdən 180 kilometrədək atəş məsafəsinə, müxətlif döyüş başlıqlarına malik bu vahiməli silah şübhəsiz ki, Azərbaycan Ordusunu gücləndirməyə qadirdir. Həmçinin “China Aerospace Science and Technology Corporation” şirkəti yerüstü zərbə kompleksi olan GATSS-ları (Ground Attack Tactical Strike System) təqdim edib, onların tərkibinə idarə olunan mərmilərə malik reaktiv yaylım atəşi sistemi daxildir. Bu kompleks yeni, kombinə edilmiş 300 millimetrlik reaktiv mərmilərin istifadəsini təmin, onlar 10 metr yayınma ilə 260 kilometr məsafədə yerləşən hədəfləri vurmağa qadirdir.

...Gördüyünüz kimi, Çin müdafiə sənayəsinin fəxr etmək üçün yetərincə səbəbi var. Məqalənin ikinci hissəsində isə Ordu.az Azərbaycan Ordusunu gücləndirməyə qadir zirehli tanklar, hava hücumundan müdafiə sistemləri və s. müasir Çin silahları barədə məlumat verəcək.

Teymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-Azərbaycan   J-10   WS  


Bizi "telegram"da izləyin