Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan məlumat yayılıb.
Məlumatda bildirilir ki, İsrail qırıcıları yerli saatla gecə 2:40 radələrində Livan hava fəzasından Dəməşq yaxınlığındakı əl-Küteyfə zonasına zərbələr endirib. Bununla yanaşı mənbələr İsrail qırıcılarından birinin vurulmasını iddia edirlər.
İsrail ordusunun mətbuat katibi məlumatları şərh etməkdən imtina edib.
Qeyd edək ki, İsrail Suriya ərazisindən terrorçulara müasir silahların ötürülməsinin qarşısını almağa çalışır. Rəsmi Təl-Əviv dəfələrlə Suriyada yerləşən terrorçuların kamplarına qarşı əməliuyyatlar keçirdiyini bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az