Suriya ordusu 150-dən çox terrorçunu öldürüb, onlarla kənd və qəsəbəni azad edib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya ordusu İdlibin cənub-şərqində apardığı əməliyyatlar nəticəsində terrorçular üzərində böyük qələbələr qazanıb.
150-dən çox terrorçunu məhv edən ordu qüvvələri 10 ədəd ağır zirehli texnika və böyük həcmdə hərbi ləvazimatı məhv edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Suriya
Terror
İdlib