1994-cü il dekabrın 28-də televiziya çıxışında Ermənistan pezidenti Levon Ter-Petrosyan "Daşnaksütyun" partiyasının fəaliyyətinin dayandırıldığını elan etdi.
Buna səbəb kimi hüquq mühafizə orqanları tərəfindən bir neçə terror aktı həyata keçirən "Dro" adlı terror təşkilatının aşkar edilməsi göstərildi. Bu təşkilat həm də narkotik maddələrin satışında günahkar bilinirdi. İrəvan Şəhər Şurasının İcraiyyə Komitəsinin sədri Hambartsum Qalstyanın ölüm işi də bu təşkilatın əməli olub. Daha sonra Ermənistan ali məhkəməsi Petrosyanın qərarını təsdiqlədi.
Ən qalmaqallı hadisələrindən biri olan bu iş müxtəlif cür dəyərləndirildi. Levon Ter-Petrosyanın bu qərarı, özünü məhkəmə orqanı kimi qiymətləndirilməsinə səbəb oldu.
Digər tərəfdən həmin dövrdə Ermənistanın hələ konstitutsiyası olmadığına görə qüvvədə olan qanunvericilik ona boşlulardan istifadə etməklə belə qərarlar verməsinə səlahiyyət verirdi.
Başqa bir halda isə Petrosyanın qərarını daha da mübahisəli edirdi. Bu 1995-ci ildə baş tutan parlament seçkilərindən dərhal sonra baş verdi. Lazımsız spekulyasiyalar yaradılması və təşviq edilməsi "Daşnaksütyun" partiyasını "qəhrəmanlaşdırdı".
"Daşnaksütyun" partiyası dövlət içində dövlət qurmağa cəhd etməklə erməni siyasi həyatına inteqrasiya olmamışdı. "Daşnaksütyun" partiyasının həm quruluşu, həm də fəaliyyət tərzi "Partiyalar haqqında" qanunla ziddiyyət təşkil edirdi. Partiyanın bürosu xaricdə yerləşir, bağlı qapılar arxasında iclaslar, silahla and içmə və s kimi fəaliyyətləri həyata keçirilirdi.
Daha bir maraqlı məqam isə Ermənistanda terrorçuluğun 1994-cü ilədək mövcud olması, yeni terrorculuq axının isə 1998-ci ildən "Daşnaksütyun"un fəaliyyətinin bərpa edildilməsindən sonra qeydə alınıb. 1994-1998-ci illər arasında Ermənistanda terror aktları səngiyib. Xatırladaq ki, sonrakı illərdə baş verən terror aktlarını törədənlər "Daşnaksütyun"un keçmiş üzvləri, Nairi Hunanyan və onun qrupunun üzvləri olublar.
Araşdırmalara görə, 1998-ci ildə Robert Köçəryan terror partiyasının fəaliyyətini bərpa edərək, partiyanın bəzi üzvlərini hüquqi əsas olmadan azadlığa buraxıb. Hrant Marqaryan və Armen Rustamyan vəziyyətin dəyişməsi nəticəsində azadlığa çıxa biliblər. Robert Köçəryanın rəhbərliyi altında "Daşnaksütyun" partiyası siyasi hakimiyyətə yol tapdı.
Hazırda "Daşnaksütyun" partiyasının bürosu Ermənistanda yerləşir. Cinayətkar oliqarx sistemi partiyanın gəlir mənbəyinə çevrilib. Silahla and qəbul edilməsinin dərin "mədəniyyəti" isə hələ özünü çox biruzə verəcək...
Alpər Mövludoğlu
Ordu.az