ABŞ Müdafiə Nazirliyi öz saytında Amerika aviasiyası tərəfindən Baltik dənizində Rusiyanın Su-30 qırıcısının müşayiət edilməsinin görüntülərini yayıb.
Ordu.az Aif.ru saytına istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Pentaqonun məlumatına görə, videoda 23 noyabr və 13 dekabr 2017-ci il tarixlərində baş verən müşayiət etmə halları göstərilib.
Videonun ilk hissəsində Amerika pilotları 2014-cü ildə Litvanın Zoknyay bazasında həyəcan siqnalından sonra toplaşırlar. İkinci hissədə isə ABŞ HQQ-nin F15 qırıcıları iki ədəd Su-30 qırıcısını müşayiət edir.
Pentaqon bildirir ki, müşayiətin səbəbi rusiyalı pilotların uçuş planı barədə məlumat verməməsi və aviadispetçer kodlarını ötürməməsi olub.