Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə nazirliyinin cəzaçəkmə idarəsinin ictimai əlaqələr üzrə məsul şəxsi Qor Qleçyan bildirib.
Qeyd olunan şəxslər hazırda aclıq aksiyasını davam etdirirlər. Armen Bilyanın vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi Bilyanın vəziyyəti o qədər də yaxşı deyil.
Xatırladaq ki, Smbat Barseğyan 21 dekabrdan, Armen Bilyan dekabrın 19-dan, Arayik Xandoyan isə dekabrın 29-dan etibarən aclıq aksiyası keçirirlər. Keçmiş döyüşçülərin tələbi Ermənistanda ədalətin bərpa olunması, onların səhhətinə, müalicəsinə lazımi qaydada diqqət yetirilməsindən ibarətdir.
Alpər Mövludoğlu
Ordu.az