Ohanyandan Sarkisyana Yeni il "təbriki": Cəmiyyət "hakimlər" və "qurbanlar"a bölünəcək

2017/12/Seyran-696x464213123_1514727294.jpg
Oxunub: 406     21:25     31 Dekabr 2017    
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan öz "Facebook" səhifəsində bayram təbriki yazıb. Təbrik bayram münasibətilə yazılsa da, o çağırışında xalqı Sarkisyan rejiminin ölkədə yaratdığı dərin ictimai-siyasi problemlərindən qurtulmağa səsləyib.

Ordu.az Ohanyanın sosial şəbəkələrdə geniş rezonans doğuran çağırışını təqdim edir.

"2017-ci ilin ən yadda qalan hadisəsi aprel ayında parlament seçkiləri, bir qayda olaraq ümumdövlət, həmçinin beynəlxalq nüfuzun qaldırılması üçün əhəmiyyəti olan bu cür tədbir xalqın həyatında ciddi irəliləyiş şəraiti yaratmalı idi. Ancaq xalqın gözləntiləri doğruldumu? Demokratiya və ədalətin yeni prinsiplərini təmin edə bildikmi? Qarşılıqlı hörmət və həmrəylik vəziyyəti yarada bildikmi? Daha çox ədalət elementlərini müdafiə edən sistemə inanmaqla kifayətləndik. Ümummilli təhdid olan demoqrafiq problemlərin həlli yolunu tapa biləcəyik? Ölkənin iqtisadi və siyasi böhrandan çıxarılması yolları tapıldımı? Bölgədə mürəkkəb hərbi siyasi vəziyyət olan şəraitdən çıxa bilmək və təhlükəsizlik sistemini möhkəmlədə biləcəyikmi?

Bu gün bu vacib məsələ ətrafında gecə-gündüz işləməli, təhlil etməliyik. Reallığa cavab verən məlumatı təmin etmək üçün bir-birimizlə siyasi dialoq əvəzinə, informasiya sahəsi primitiv qurmalarla doludur. Məişət söz-söhbətlərinə vətəndaşın iradəsini sındıran hədə-qorxu toxumu səpməklə dövlət üçün təhlükəli təxribatlarla xarici və daxili siyasi sahə doludur.

Ölkədə baş verən bir sıra qalmaqallı mühakimələri izləyərək ürək ağrısı ilə gücsüzlükdən yumruqlarını döyən, bizim döyüş yoldaşlarımızı görürəm... Bütün bu baş verənlər bizim hamımızın bədbəxtçiliyidir. Bizim hamımız düşünməli, səbəblərini dərk etməliyik. Həll yollarının tapılması üçün məsuliyyət daşıyırıq. Əks halda cəmiyyət birdəfəlik "hakimlər" və "qurbanlar" olaraq bölünəcək. Yaradılmış yeni hökumətin fəaliyyəti zamanı həyata keçirilən struktur və kadr dəyişiklikləri, yeni iş üslubu, iqtisadi həyatın müəyyən fəallığı hələ ümidli olmaqdan uzaqdır. Qısa vaxtda arzuolunan nəticəni verməyəcəklər.

Bölgədə vəziyyət dəyişib. Dünyada güc mərkəzləri arasında mübarizə getdikcə kəskinləşib. Cənubi Qafqaz ətrafında yaranan mənfi vektorlar Ermənistanın təhlükəsizliyi və Qarabağ probleminə yönəldilməlidir. Hesab edirəm ki, bütün parlament və parlamentdən kənar siyasi qüvvələr dərk edirlər ki, bu iqtisadi-siyasi mürəkkəblik vəziyyətində dünyanın müxtəlif təhlükəsizlik qurumları və dövlətləri ilə güclü müqavilələr bağlasaq da, ölkə daxilində ciddi dəyişikliklər həyata keçirməsək uğur əldə edə bilməyəcəyik. Müasir idarəetmə mədəniyyəti yaratmaq məqsədi ilə xüsusilə siyasi və partiya sisteminin yaranmaması şəratində uğur əldə edə bilməyəcəyik.

Əlbəttə, əgər siyasi, iqtisadi və inzibati qolların bağlanması, yaranmış və iqtisadi azadlığa maneə törədən, ölkənin inkişafını ləngidən pis vərdişlərə qarşı mübarizə aparmasaq heç nə əldə edə bilməyəcəyik.

Mövcud böhran mərhələsini necə dəf edək və ölkəni inkişafa doğru necə aparaq? Siyasi qüvvələr bizim ölkənin düzgün inkişaf yolunu tapması üçün onlar ölkənin düzgün və güclü qüvvəsi olan xalqa əsaslanmalıdır. İlk növbədə, heç bir resurs tələb etməyən işləri görmək lazımdır. Buna yalnız siyasi iradə lazımdır. Demokratiya, qanunçuluq, ədalət, qarşılıqlı etimat və həmrəylik atmosferi yaradılmalıdır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   2017   Sarkisyan-rejimi   Terror  


Bizi "telegram"da izləyin