Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqon mətbuat xidmətinin əməkdaşı Conni Maykl Türkiyə ilə Rusiya arasında S-400 raket sistemlərinə dair kredit razılaşması imzalamasını şərh edərkən bildirib.
“Biz S-400-lərin alınması səbəbilə yaşadığımız narahatçılığı Türkiyə rəsmilərinə çatdırdıq”, - deyə Maykl bildirib.
O qeyd edib ki, Türkiyə müdafiəsinin möhkəmlənidirlməsi üçün ən optimal variant NATO ilə birgə raketdən müdafiə sisteminin yerləşdirilməsi olardı.
“Biz Türkiyə ilə bilavasitə dialoqdayıq və istənilən iri hərbi sistemlərin əldə olunması halında belə, NATO-nun operativ birgəliyinin qorunmasının mühümlüyünü vurğulayırıq”, - deyə Maykl qeyd edib.
Onun fikrincə, Türkiyə və ABŞ-ı hərbi-texniki sahədə möhkəm əlaqələr birləşdirir.
Ağalar Qəribov
Ordu.az