Ordu.az xəbər verir ki, bu barədə erməni jurnalistin suallarını cavablandıran ehtiyatda olan general-mayor, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan deyib.
Ermənistanın Şirak (Qonaqqıran-red.) vilayətinin dövlət universitetinin qonağı olan general-mayor Arkadi Ter-Tadevosyan aprel döyüşlərində Ordumuzun düşmən işğalından azad etdiyi mövqelərin strateji və ciddi mövqelər olduğunu qəbul edib.
"Bu məqamda mövqeləri geri qaytarmaq lazım deyil. O, mövqelər çox ciddi mövqelər idi. Çox təəssüf ki, onları itirmişik. Lakin mövqeləri qaytarmaq istəsək, böyük itkilərimiz olacaq. Hazırda yeni mövqelər yaratmalıyıq və yaradırıq", - deyə Tadevosyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az