Rusiya hərbçilərinin Hmeymimdən Misirə köçürülməsi planlaşdırılmır

2017/12/suriyada-rus-əsgəri345345_1509347234345345_1514197758.jpg
Oxunub: 490     18:26     25 Dekabr 2017    
“Suriyada yerləşən Hmeymim hərbi bazasında Rusiya qoşunlarının daimi əsaslarla Misirə köçürülməsi planlaşdırılmır”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər Sergey Lavrov RT telekanalına müsahibəsində bildirib.

“Hərbi və hərbi-texnik əlaqələr terrorçuların təhlükə yaratdıqları regionlarda, o cümlədən Misirdə daha böyük əhəmiyyətə malikdir”, - deyə Lavrov bəyan edib.

O qeyd edib ki, Rusiya terrorizmlə mübarizədə birmənalı olaraq Misiri dəstəkləyir.

“Bizim hərbi-texniki sahədəki əməkdaşlığımız Misirin terrorçulara qarşı mübarizədə üzləşdiyi silah və texnika çatışmazlığının aradan qaldırılmasına və əlaqələrimizin möhkəmləndirilməsinə xidmət edir”, - deyə Lavrov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   KXDR  


Bizi "telegram"da izləyin