Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Tərəfdaşları Koreya yarımadasında mövcud olan konkret problemlərin həllinə danışıqlar əsasında yönəlməyə səsləyirik. Bunun üçünsə Pxenyanla əlaqələri korlamaq deyil, əksinə inkişaf etdirmək lazımdır”, - deyə rusiyalı nazir bildirib.
Lavrov qeyd edib ki, böhranın qəlizləşdirilməsinə səbəb ola biləcək addımların atılması müsbət olmayan nəticələrə gətirib çıxara bilər.
“Qətiyyətlə əminik ki, həm KXDR, həm ABŞ, həm də onların müttəfiqləri böhranı provokasiya edə biləcək istənilən addımlardan çəkinməli və nəhayətdə danışıqlar prosesinə başlamalıdırlar. Rusiya bu prosesə hərtərəfli kömək edəcək”, - deyə Lavrov vurğulayıb
Ağalar Qəribov
Ordu.az