Rusiya XİN: “Biz KXDR-lə əlaqələri yüksək səviyyədə qorumağa çalışırıq”

2017/12/17_12_22_151392706623454_1514191017.jpg
Oxunub: 313     16:35     25 Dekabr 2017    
“Rusiya KXDR-lə əlaqələri mümkün qədər yüksək səviyyədə saxlmağa çalışır, Moskvanın təklifi əsasında “yol xəritəsi” mexanizminin qəbul edilməsi mümkündür”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Rusiyalı nazirin sözlərinə görə, Rusiya ilə yanaşı KXDR də əlaqələrin müsbət olaraq qalmasında maraqlıdır.

“Biz Şimali Koreya ilə əlaqələri yüksək səviyyədə qorumağa çalışırıq. Təbii ki, ölkələrimiz arasında Koreya tənzimlənməsinin Rusiya tərəfindən irəli sürülən “yol xəritəsi”nə dair müzakirələr mexanizmi də müzakirə olunur”, - deyə Lavrov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Rusiya  


Bizi "telegram"da izləyin