Rusiyada yeni S-400-lər Saratov vilayətinə yerləşdirilib - VİDEO
Oxunub: 460
16:22
25 Dekabr 2017
Yeni S-400 “Triumf” zenit raket kompleksləri Saratov vilayətində dislokasiya ərazisinə yerləşdirilib.
Ordu.az Arms-expo.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
“Mərkəzi Hərbi Dairənin zenitçiləri Astarxan vilayətində hava hücumundan müdafiə olunmaq üçün yeni S-400 “Triumf” zenit raket sistemi ilə təmin ediliblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, artıq hərbçilər “Kapustin Yar” poliqonunda yeni texnikanı sınaqdan keçiriblər. Hərbçilər bir neçə döyüş atışı həyata keçirərək eyni anda bir neçə qəliz “Kaban” hədəflərini dəf ediblər.