Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasında çıxış edən Heyli BMT-yə Tehranın “davranışını tərbiyələndirmək” üçün bir neçə variant təklif edib.
Onun sözlərinə görə, əsas mövqelərdən biri İranın nüvə proqramı üzrə qəbul edilən 2231 saylı qətnamənin şərtlərinin dəyişdirilməsidir. İrana müəyyən şərtlər daxilində raket fəaliyyəti ilə məşğul olmağa imkan verən bu qətnamə ABŞ prezidenti Donald Tramp tərəfindən dəfələrlə tənqid edilib.
“Biz İrana ballistik raketlərlə bağlı istənilən fəaliyyəti qadağa edən yeni qətnamə qəbul edə bilərik. Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq Yəməndəki qiyamçıları silahla təchiz etməsinə görə məsuliyyətə cəlb edə bilərik”, - deyə Heyli bildirib.
Ağalar Qəribov
Ordu.az