Rusiya hərbi peykin buraxılışını təxirə saldı

2017/12/158345345_1513757512.jpg
Oxunub: 441     16:10     20 Dekabr 2017    
Rusiya Müdafiə Mazirliyi yeni kəşfiyyatçı peykin orbitə buraxılmasını 2018-ci ilin əvvəllərinədək təxirə saldı.

Ordu.az Voyennoye.rf saytına istinadən məlumat verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Məlumata görə, bu aparat VNİİEM şirkəti tərəfindən ən müasir texnologiyalarla hazırlanaraq müasir standartlara cavab verir.

Daha öncə peykin buraxılışı cari ilin oktyabr ayı üçün planlaşdırılırdı, lakin daha sonra əvvəlcə noyabr, sonra isə dekabra qədər təxirə salındı. Hərçənd ki, Rusiya Müdafiə Nazirliyi buraxılışı bir dəfə də yubadaraq 2018-ci ilin əvvəllərinə təyin etdi.

Qeyd edək ki, qrafikin dəyişdirilməsi texniki problemlərin həlli ilə bağlıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MN   Peyk  


Bizi "telegram"da izləyin