ABŞ KXDR üzrə BMT TŞ qətnamələrinin layihəsini Çinə təhvil verib

2017/12/inx960x640345345_1513756722.jpg
Oxunub: 378     15:56     20 Dekabr 2017    
ABŞ nümayəndələri Çindən olan həmkarlarına BMT Təhlükəsizlik Şurasının KXDR-ə münasibətdə sanksiyaların gücləndirilməsi üzrə qətnamələrin layihəsini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi diplomatik dairələrdəki mənbələrinə istinadən məlumat yayıb.

Öz növbəsində ABŞ administrasiyasının adı qeyd olunmayan nümayəndəsi bildirib ki, artıq yeni qətnamənin müzakirələri başlayıb, lakin hələ tərəflər razılığa gələ bilməyiblər.

“Biz daha bir qətnamə qəbul etmək istəyirik, lakin hələ tərəflər razılaşmırlar”, - deyə ABŞ administrasiyasının adı çəkilməyən nümayəndəsi bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin