Ordu.az 24tv.ua saytına istinadən xəbər verir ki, bu barədə ATO qərargahı məlumat yayıb.
Dekabrın 19-da ümumilikdə separatçılar 32 dəfə atəşkəs rejimini pozublar. Bu halların yarısından çoxunda Ukrayna qoşunlarının cavab atəşi ilə əks tərəfi susdurduğu bildirilir.
Atəşkəs rejiminin pozulması Ukrayna tərəfi üçün itkilərsiz ötüşməyib. Belə ki, 5 nəfər hərbi qulluqçu yaralanıb, iki nəfər isə həlak olub.
Luqansk istiqamətində separatçıların 120 millimetrlik minaatanlardan, Donetsk istiqamətində isə 82 millimetrlik minaatan və qumbaraatanlardan istifadə etdiyi bildirilir.
Ağalar Qəribov
Ordu.az