Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakopyan aprel döyüşləri ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Ermənistan baş qərargah rəisi aprel döyüşləri zamanı Ordumuzun qələbəsini gizlədə bilməyib və bununla yanaşı bir sıra etiraflar edib.
"Biz qələbə qazandığımızı nə qədər desək də, faktiki olaraq əlverişli mövqedə olan Lələtəpəni itirdik".
"Niyə onu qaytara bilmirik? Təlimat, yoxsa imkanlarımız yoxdur?” sualına isə bu şəkildə cavab verib: "Yaranmış vəziyyət qəbul edilmiş qərarların nəticəsidir. Bu gün cəbhə xətti bu mövqedən keçir. Cəbhə xəttinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmayıb. Bəzi beynəlxalq təşkilatların və Rusiyanın müdaxiləsi nəticəsində uzunmüddətli müharibənin qarşısı alınıb".
Müsahibə zamanı, Hakopyan Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqları üçün hər an əməliyyatlara başlaya bhiləcəyini də təsvir edib.
"Siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzıları daha genişdir. Qarabağı, Süniki (Zəngəzuru-red.), vaxt getdikcə İrəvanı tutmağı arzulayır", - deyə Hakopyan öz qorxusunu gizlədə bilməyib.
Alpər Mövludoğlu
Ordu.az