“KXDR-ə təzyiq danışıqların başlamasına səbəb olmalıdır” - Tillerson

2017/12/4620696465645_1513751214.jpg
Oxunub: 378     14:25     20 Dekabr 2017    
“ABŞ KXDR ətrafında mövcud olan problemlərin həllinə diplomatik yanaşmadan imtina etmir, lakin ölkə rəhbərliyi danışıqlara başlamağa razı olmayanadək Pxenyana təzyiq davam edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson Ottavada Kanada xarici işlər naziri Xristi Frilanda keçirilən görüşün nəticələri ilə əlaqədar çıxış edərkən bildirib.

“Ağ Ev diplomatik əlaqələri dəstəkləyir. Bununla belə, KXDR danışıqlarda iştirak etməyə qərar verməyincə onlara edilən təsir davam etdiriləcək”, - deyə Tillerson bəyan edib.

Onun sözlərinə görə, Pxenyana təsir göstərilməsi üzrə kompaniya danışıqlara səbəb olmalıdır.

“Onlar (KXDR rəhbərliyi – red.) danışıqlara hazır olmadıqları müddət ərzində biz onlarla danışıqlar apara bilmərik”, - deyə dövlət katibi bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin