Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.
“Biz əvvəlki kimi İrandan müasir silahlar alan husilərin aqressiv fəaliyyətinə görə narahatıq, onlar regional təhlükəsizliyi təhlükə altına alır və Yəməndə münaqişənin davam etməsinə səbəb olurlar. Birləşmiş Ştatlar İslam İnqilabı Keçikçiləri Korpusunu Yəmənin qonşu dövlətləri, o cümlədən Səudiyyə Ərəbistanına qarşı aqressiya nümayiş etdirən husi qiyamçılarını silahla təchiz etməyi dayandırmağa səsləyirik”, - deyə Nauret bildirib.
O həmçinin qeyd edib ki, Yəməndə stabilliyə yalnız sülh yolu ilə nail olmaq mümkündür.
“Biz bütün tərəfləri döyüş fəaliyyətini dərhal dayandırmağa səsləyirik”, - deyə Nauret qeyd edib.
Ağalar Qəribov
Ordu.az