Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bizim ölkənin raket əleyhinə müdafiə sahəsindəki səyləri yalnız müdafiə xarakteri daşıyır və bu sistemlər müstəqil şəkildə Yaponiyanın özü tərəfindən istifadə olunacaq. Onlar nə Rusiya, nə də digər ehtiyat edən ölkələr üçün təhdid xarakteri daşımır. Müxtəlif imkanlardan istifadə edərək biz bunu Rusiyaya çatdırmışıq. Eyni zamanda, bu yaxınlarda iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşdə də Rusiya tərəfinə bu barədə zəmanət verdik”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az