Ekspert: "Pentaqonun əsas məqsədi yadplanetliləri ovlamaq deyil"

2017/12/265456158_1513706333.jpg
Oxunub: 504     02:11     20 Dekabr 2017    
"Cəmiyyətin ironik reaksiyası yolverilməzdir, belə ki, burada əsas məqsəd yadplanetliləri ovlamaq deyil, istənilən növ təhlükənin qarşısının alınması yoludur".

Ordu.az Russian.rt saytına istinadən xəbər verir ki, bu barədə amerikaşünas, politoloq Mixail Sinelnikov-Orişak Pentaqonun 2012-2017-ci illər üzrə UNO-ların öyrənilməsinə təxminən 22 milyon dollar (37 milyon manat) xərcləməsi barədə bəyanatını şərh edərkən bildirib.

"Əslində, mən bu xəbəri ələ salmazdım. Düşünürəm ki, sanksiyalaşdırılmayan aktivliyin izlənilməsi üzrə belə proqramlar digər ölkələrdə də var, lakin onlar Pentaqon kimi bu barədə açıq bəyanatlar vermirlər, çünki fikirlərinin ictimaiyyət tərəfindən birmənalı qarşılanmayacağından ehtiyat edirlər. Lakin aydındır ki, insanlıq buna davamlı olaraq diqqət etməlidir. Kim bilir? Hər şey ola bilər. Əgər indi ələ salanlar daha sonra göydən asteroidlər düşsə, yadplanetlilər gəlsə, hər kəsi qabaqlayıb deyəcəklər ki, əziz hökumət, niyə bir tədbir görmədiniz?", - deyə Sinelnikov-Orişak bildirib.

Bununla belə, ekspert ABŞ-ın UNO-ların araşdırılması adı altında lobbiçilik fəaliyyəti ilə məşğul olması faktını da istisna etmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   UNO   Lobbiçilik  


Bizi "telegram"da izləyin