Yaponiya XİN: Çin Koreya böhranının həllini sürətləndirə bilər

2017/12/download65695_1513703986.jpg
Oxunub: 398     01:34     20 Dekabr 2017    
Yaponiya xarici işlər naziri Taro Kono və onun Cənubi Koreyadan oan həmkarı Kan Qyun Hva bu gün Tokioda ikitərəfli görüş keçirərək KXDR-in nüvə və raket proqramı ilə əlaqədar olaraq yaranan problemləri, həmçinin Çinin KXDR-ə təsirini gücləndirməsi məsələsini müzakirə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi öz rəsmi saytına məlumat yayıb.

“Nazirlər Yaponiya və Cənubi Koreyanın təhlükəsizliyi üçün təhdid xarakteri daşıyan Şimali Koreyanın nüvə və raket proqramını müzakirə ediblər. Xüsusən, Çinin Pxenyana təsirini gücləndirməsi faktının böhranın aradan qaldırılmasını sürətlədirə biləcəyi müzakirə olunub. Tərəflərin fikrincə, Çinin bu məsələdə onlarla birgə səy göstərməsi zəruridir”, - deyə məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin.KXDR  


Bizi "telegram"da izləyin