BMT: Aviazərbələr nəticəsində Yəməndə 115 dinc sakin həlak olub

2017/12/5165841656_1513703142.jpg
Oxunub: 333     01:18     20 Dekabr 2017    
“BMT insan hüquqları üzrə Ali Komissarlığı idarəsi Yəməndəki döyüşlərin kəskinləşməsi və dinc əhali arasında xeyli sayda insanların ölməsindən ciddi şəkildə narahatdır”.

Ordu.az xəbər verir ki, bu barədə BMT insan hüquqları üzrə Ali Komissarlığı idarəsinin nümayəndəsi Rebert Kolvill bildirib.

Onun sözlərinə görə, dekabrın 6-dan 16-dək Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənə endirdiyi aviazərbələr nəticəsində 115 nəfər həlak olub, 83 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

“Biz Yəmənin dinc əhalisi arasında ölənlərin və yaralıların kəskin şəkildə artmasından çox ciddi narahatlıq keçiririk. Yəməndəki ofisimizin verdiyi məlumata görə, artıq ölkədə həlak olanların sayı 115-ə, yaralananların sayı isə 83-ə çatıb”, - deyə Kolvill bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Yəmən  


Bizi "telegram"da izləyin