Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Verilən silah və hərbi texnika Tacikistan Silahlı Qüvvələrinin tacik-əfqan sərhəddində terror həhlükəsinin qarşısının alınması üzrə imkanlarını genişləndirəcək”, - deyə Rusiya Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq Baş idarəsinin rəisi, general-mayor Aleksandr Kşimovsi silah və hərbi texnikanın Düşənbədə Tacikistan Silahlı Qüvvələrinə təhvil verilməsi səbəbilə təşkil olunan tədbirdə çıxış edərkən bildirib.
Qeyd edək ki, Tacikistana T-72B1 tankları, BTR-80 və BTR-70, BMP-2 və Mi-24, Mi-8 helikopterləri, D-30 qaubitsaları, zenit qurğuları, topoqrafik avadanlıqlar, zirehli texnika üçün ehtiyat hissələri, rabitə vasitələri, arxa cəbhədə istifadə olunan əşyalar və xeyli sayda atıcı silahlar təhvil verilib.
Ordu.az