Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Xua Çunyin ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını şərh edərkən bildirib.
“Biz hesab edirik ki, ABŞ Çinin dövlət strategiyasının təhrif etmək cəhdlərindən və öz həqiqi niyyətlərindən, “soyuq müharibə” dövrünün düşüncəsindən və artıq aktual olmayan baxışlardan tezliklə imtina etməlidir. Belə ki, onlar bununla yalnız digər dövlətlərə deyil, həm də Amerika tərəfinin özünə zərər vura bilərlər. Ümid edirik ki, Vaşinqton müasir tendensiya və şərtləri nəzərə alaraq Pekinlə münasibətlərdə obyektiv mövqeyə sadiq qalacaq”, - deyə Çunyin bəyan edib.
Diplomatın sözlərinə görə, Çin Ağ Evlə dayanıqlı və harmonik inkişafda maraqlıdır. “Bu hər iki tərəf və hər iki xalqın marağındadır”, - deyə Çunyin qeyd edib.
Ordu.az