Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İsrail müdafiə naziri Aviqdor Liberman səsləndirib.
O bildirib ki, iki həftədir davam edən raket hücumlarının bitdiyini düşünür.
Dekabrın 6-da Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra terrorçu qruplar tərəfindən İsrailə onlarla raket atılıb. İsrail bu hücumlara Qəza zolağına nəzarət edən HƏMAS hərəkatının mövqelərini hədəf almaqla cavab verib.
Libermanına bildirib ki, “çiskin” (o, raket hücumlarını belə ifadə edib-red) artıq davam etmir.
“Artıq bir gündür ki, sakitlikdir”, - deyə o əlavə edib.
Libermanın bu çıxışına kimi HƏMAS-ın bu hücumlara dəstək verib-vermədiyi aydın deyildi. O, İsrail ordusunun son dərəcə hazırlıqlı olmasına da diqqət çəkib.
“Buna görə də HƏMAS nəticədə terrorçu qruplara qarşı hərəkətə keçərək minlərlə sələfini həbs etdi. Fikrimcə bundan sonra da heç kim yenidən hücuma cəsarət etməz”, - deyə Liberman bildirib.
Görüş zamanı müdafiə naziri İsrailin cənubuna qarşı edilən hücumları Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına qarşı İsrailin ödədiyi bədəl olduğunu bildirib.
“Biz bilirdik ki, ABŞ prezidentinin addımının bir bədəli vardı”, - deyə bildirən Liberman əlavə edib ki, bu bədəlin ödənilməsi ilə şəhərin İsrailin paytaxtı olması qanuniləşmiş oldu.
“İndi əsas məqam Qüds məsələsini gücləndirməkdir. Qüds heç bir müzakirə və ya bölünmə mövzusu deyil”, - deyə o əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az