Husilər Ər-Riyad istiqamətində ballistik raket atıblar

2017/12/4620404456456_1513687658.jpg
Oxunub: 454     20:46     19 Dekabr 2017    
Səudiyyə Ərəbistanının raketdən müdafiə sistemləri bu gün Yəmənin Husi qiyamçıları tərəfindən Ər-Riyad istiqamətində atılan ballistik raketi zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Telekanalın bildirdiyi məlumata görə, mərmi Səudiyyə Ərəbistanı paytaxtının cənub hissəsində səmada ikən zərərsizləşdirilib. Zərər çəkənlər və dağıntılar yoxdur.

Şahidlərin məlumatına görə, partlayış səsi şəhərdən də eşidilib. Həmçinin səmada tüstü göründüyü də bildirilir.

Husilərin rəsmi nümayəndəsi Məhəmməd Abdul Salam bəyan edib ki, hədəf Səudiyyə Ərəbistanının paytaxtında yerləşən şah sarayı idi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Raket  


Bizi "telegram"da izləyin