Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitə sədrinin birinci müavini Frants Klintseviç bəyan edib.
“ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasının hazırki formasına heç şübhəsiz Donald Trampın bilavasitə özünün təsiri var. Bu strategiya bütövlükdə daha müəyyənləşdirici, aqressiv və sərt olub. Lakin müasir dünya elə qurulub ki, gücə qarşı ancaq güclə qalib gəlmək olar. Ağıllı güclə. Düşünürəm ki, Rusiya məhz bu rakursdan ABŞ-ın yeni təhlükəsizlik strategiyasına cavab verməlidir”, - deyə senator jurnalistlərə bildirib.
Klintseviçin sözlərinə görə, ABŞ-ın yeni təhlükəsizlik strategiyasında yeni nüanslar meydana gəlsə də, onun mahiyyəti əvvəlki kimi qalır: “güc üzərindən sülh” və “mütləq hegemonluq üzərində qurulan milli təhlükəsizlik”.
Ağalar Qəribov
Ordu.az