“Lockheed Martin” dekabrın 15-də 66-cı təyyarəni təhvil verərək “F-35A Lightning II” Ortaq Hücum Qırıcısı proqramı ilə bağlı 2017-ci il üçün qoyduğu hədəfə tam nail oldunduğunu elan edib.
Ordu.az “Janes” informasiya agentliyinə istinadən xəbər verir ki, kompaniyanın bəyanatında indiyə qədər ABŞ və beynəlxalq müştərilərə 265-dən çox F-35 təyyarəsinin təhvil verildiyi bildirilib. Bunların 66-sı 2017-ci ildə baş tutub. Bu rəqəm 2016-cı ildəkindən 40% çoxdur.
Satışını ildən ilə artırmağı düşünən şirkətin proqramında 2023-cü ildə 160 təyyarənin satılması hədəfləndiyi bildirilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Lockheed-Martin
F-35