Aİ-nin Britaniya ilə müdafiə sahəsində əməkdaşlığa ehtiyacı var

2017/12/bd7f125522a6a9df95bb69a56715006145645_1513680898.jpg
Oxunub: 384     18:53     19 Dekabr 2017    
“Böyük Britaniya Avropa İttifaqından çıxmağa qərar verdiyinə görə biz indi terrorizmə qarşı mübarizə, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq üçün vasitələr tapmalıyıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Brexit üzrə nümayəndəsi Maykl Berni Sofiada Bolqarıstanın baş naziri Boyko Borisovla görüşündə bildirib.

“Bu Britaniya ilə gələcəkdə qarşılıq tərəfdarlıq qurmaq üçün ortaq maraqların ilk müzakirə edilməli olan mövzusudur. Gələcək əlaqələr, həmçinin, iqtisadiyyat, ticarət və azad ticarət sazişini də əhatə etməlidir”, - deyə o əlavə edib

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya    


Bizi "telegram"da izləyin