ABŞ-ın yeni təhlükəsizlik strategiyasında Rusiya və Çinin rolu

2017/12/4620007456456_1513674082.jpg
Oxunub: 465     17:42     19 Dekabr 2017    
Rusiya və Çin Birləşmiş Ştatların maraqlarına və təsir gücünə qarşı çağırış edirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin dünən ictimailəşdirilən yeni milli təhlükəsizlik strategiyasında bəhs olunur.

“Çin və Rusiya Amerikanın gücü, təsiri və maraqlarına qarşı çağırış edir, Amerikanın milli təhlükəsizliyi və inkişafını aradan qaldırmaq istəyirlər”, - deyə sənəddə bildirilir.

Həmçinin yeni milli təhlükəsizlik strategiyasında Rusiya və Çinin ABŞ-ın beynəlxalq arenadan sıxışdırıb çıxarmaq istəməsindən də bəhs olunur.

“Rusiya və Çin ABŞ-ın maraq və dəyərlərinə əks olan dünya yaratmaq istəyir. Çin ABŞ-ı Hind və Sakit okean regionundan sıxışdırıb çıxarmağa, öz iqtisadi modelinin əhatə dairəsini genişləndirməyə, həmçinin regionu özünə uyğunlaşdırmağa çalışır. Rusiya isə özünün güc dövləti statusunu bərpa etmək və sərhədləri yaxınlığında təsir dairəsi formalaşdırmaq niyyətindədir”, - deyə ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında vurğulanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   ABŞ  


Bizi "telegram"da izləyin