Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.
“Dövlət Departamenti cari strategiyanın tətbiq olunması məqsədilə Birləşmiş Ştatların digər federal orqanları, həmçinin bütün dünyadakı müttəfiq və tərəfdaşlarımızla əməkdaşlıq edəcək”, - deyə Tillerson bildirib.
Onun sözlərinə görə, Donald Trampın yeni təhlükəsizlik strategiyası çoxməqsədlidir.
“ABŞ prezidentinin yeni milli təhlükəsizlik strategiyası bizim insanlarımızın müdafiəsi, yeni iqtisadi imkanların yaradılması, maraqlarımızın və demokratik prinsilərimizin inkişaf etdirilməsi üçün Amerikanın hökumət orqanlarının bütün elementlərinin cəlb edilməsini nəzərdə tutur”, - deyə Tillerson vurğulayıb.
Ağalar Qəribov
Ordu.az