Pentqonun qanadlı raketlərini “Lockheed Martin” hazırlayacaq

2017/12/345345345_1513665163.jpg
Oxunub: 442     14:29     19 Dekabr 2017    
Pentaqonun raket əleyhinə müdafiə vasitələrinə qarşı durmaq üçün qanadlı raketlərin istehsalı və hazırlanması üzrə müqaviləni “Lockheed Martin” əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Pentaqon qanadlı raketlərin hazırlanması və istehsalına 110 milyon dollar ayıracaq.

Müqavilə düşmənin hava hücumundan müdafiə vasitələrinə qarşı qanadlı raket prototiplərinin hazırlanması, mükəmməlləşdirilməsi, istehsalı və sınaqdan keçirilməsini nəzərdə tutur.

Raketin 2022-ci il dekabrın 17-də silahlanmaya qəbul edilməsi planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Lockheed-Martin   Raket  


Bizi "telegram"da izləyin