Ter-Tadevosyan: "Qarabağa göndərdiyim qrupa qadın komandir rəhbərlik edir"

2017/12/826_1513618947.jpg
Oxunub: 670     01:39     19 Dekabr 2017    
"Nə Rusiya Azərbaycanı qorxudur, nə də KTMT-yə üzv olan dövlətlər Ermənistana kömək etməyə hazırdır".

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına verdiyi müsahibəsində ehtiyatda olan general-mayor, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan deyib.

Ermənistan-NATO münasiətlərini KTMT fonunda dəyərləndirən erməni general Rusiya və KTMT-yə üzv olan ölkələrdən şikayətlənib.

"Faktiki olaraq, nə Rusiya Azərbaycanı qorxudur, nə də KTMT-yə üzv olan dövlətlər Ermənistana kömək etməyə hazırdır. Lakin onlar Azərbaycanı və bizi bir-birimizə qarşı silah qaldırmamaq vəziyyətinə çatdırılmasına çalışacaqlar", - deyə o bildirib.

Rusiyadan silah-sursat alınmasının yalnış olduğunu bildirən Tadevosyan, yenidən istehsala başladıqlarını qeyd edib. O, jurnalistin "Sərhəddəki vəziyyəti necə qiymətləndirirsiniz? sualına bu şəkildə cavab verib:

"Elə indi ön xətt mövqelərinə bir qrup göndərirəm, həmin qrupa qadın Martirosyan Anahit rəhbərlik edir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Tadevosyan  


Bizi "telegram"da izləyin