Rusiya 2027-ci ilə qədər ordunun inkişafı üçün trilyonlar xərcləyəcək

2017/12/826_1513614176.jpg
Oxunub: 359     00:22     19 Dekabr 2017    
2018-2027-ci illəri əhatə edən silahlanma üzrə dövlət proqramının son versiyası Kremlə təqdim edilib. Proqrama əsasən Rusiya bu müddət ərzində silahlanma üçün 19 trilyon rubl xərcləyəcək.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezident administrasiyasına yaxın mənbələr bildirib.

Lakin Kremldən məlumat təsdiqlənməyib. Dmitri Peskov bildirib ki, bu məlumat heç bir həqiqi əsasa söykənmir.

Məlumatda bildirilir ki, buna baxmayaraq Putinin bu sənədi dekabrın 22-də baş tutacaq Rusiya Müdafiə Nazirliyinin son görüşündən sonra imzalaması gözlənilir.

2027-ci ilə qədər olan dövrü əhatə edən proqram üç ildir ki, müzakirə edilir. Proqramın 2016-cı ildə təsdiqlənəcəyi gözlənilsə də, prezident qeyri-sabit iqtisadi vəziyyətə görə imzalamanı təxirə saldı. İqtisadi çətinliklər qalsa da, siyasi vəziyyət öz sözünü deyir.

Proqram qəbul edilərsə, Rusiya Müdafiə Nazirliyinə 2027-ci ilə qədər 19 trilyon rubl ayrılacaq. Bundan başqa Rusiya Daxili İşlər Nazirliyinə də əlavə 3 trilyon rublun ayrılması nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rusiya-ordusu  


Bizi "telegram"da izləyin