Ordu.az xəbər “Alsumaria News" agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun komandanlığı məlumat yayıb.
Bildirilir ki, hökumət ordusunun əsgərləri İŞİD terror qruplaşmasının 50-yə yaxın yüksək vəzifəli terrorçusunun dəfn edildiyi məzarlıq aşkarlanıb.
Qeyd olunur ki, məzarlığın səliqəli olması və hər terrorçunun ayrı məzarda dəfn edilməsi də diqqətdən yayınmayıb. Belə ki, İŞİD terrorçuları öldürdükləri dinc sakinləri dəfn edərkən bu qaydaya riayət etmir, quyu qazaraq bütün cəsədləri birlikdə, bəzən diri-diri “torpağa tapşırırdılar”.
Ordu.az