Çin HHQ Yapon dənizində təlimlərə başlayıb

2017/12/maxresdefault456456_1513601137.jpg
Oxunub: 480     20:43     18 Dekabr 2017    
Çin Hərbi Hava Qüvvələri təlimlərin yeni mərhələsinə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Hərbi Hava Qüvvələrinin mətbuat katibi Şen Cinke bildirib.

Məlumatda bildirilir ki, Çin təyyarələri Yaponiya və Cənubi Koreyanı ayıran Suşima boğazı və digər beynəlxalq sular üzərində uçuşlar həyata keçiriblər.

“Yapon dənizi Yaponiyanın deyil. Uçuşlar tam məqbul və qanunlar çərçivəsində həyata keçirilib”, - deyə Cinke bildirib.

Təlimlərin əvvəlcədən planlaşdırılmış proqrama uyğun olaraq keçirildiyi deyilir.

Cənubi Koreya Baş Qərargahından bildirilib ki, Cənubi Koreya hava müdafiə zonasına daxil olan 5 Çin təyyarəsinə xəbərdarlıq edilib. Onların həmçinin Yaponiyanın müdafiə zonasına da daxil olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HDQ   Təlimlər  


Bizi "telegram"da izləyin