Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Belə şərtlər altında Rusiya Federasiyası Silahlı Qüvvələri nümayəndiliyinin atəşin dayandırılması rejiminə birgə nəzarət və koordinasiya Mərkəzində işi mümkünsüzdür. 2017-ci il dekabrın 19-da Mərkəzin tərkibinə daxil olan rusiyalı zabitlər Ukrayna ərazisini tərk edəcək”, - deyə məlumat bildirilir.
Məlumatda Rusiyanın artıq bu barədə digər ölkələri xəbərdar etməsi də qeyd olunur.
“Artıq xarici müttəfiqlərimizi bu icbari addım barədə xəbərdar edərək sonrakı bütün mümkün məsuliyyətdən bütövlükdə Ukrayna tərəfinin məsuliyyət daşıdığını bildirmişik”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az