Türkiyə Baş Qərargah rəisi Britaniyaya səfər edib

2017/12/5a377a2d0f254408b43d4ce5567567_1513594398.jpg
Oxunub: 400     18:52     18 Dekabr 2017    
Türkiyə Baş Qərargah rəisi general Hulusi Akar Birləşmiş Krallığa işgüzar səfərə gedib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, Akarın səfəri Britaniyalı həmkarı Stüard Piçin rəsmi dəvətindən sonra təşkil olunub.

Tərəflərin hərbi əməkdaşlıq üzrə və regional inkişafa nail olmaq üçün fikir mübadiləsi aparacaqları gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQ   Türkiyə-Britaniya  


Bizi "telegram"da izləyin