Donbasda gərginlik davam edir: 3 ölü

2017/12/original-768x520345235_1513594269.jpg
Oxunub: 464     18:45     18 Dekabr 2017    
Son 24 saat ərzində Ukraynanın şərqində separatçıların atəşkəsi pozması nəticəsində ukraynalı 3 əsgər həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən məlumat yayılıb.

Müdafiə nazirliyinin məlumatından bildirilir ki, ötən gün ərzində minaatanlardan və ağır artilleriyadan istifadə edən separatçılar atəşkəsi ümumilikdə 14 dəfə pozublar.

Xatırladaq ki, sonuncu atəşkəs razılığı bu il avqustun 22-də Almaniya, Fransa, Ukrayna və Rusiya rəhbərlərinin telefon danışığı zamanı qəbul edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Atəşkəs  


Bizi "telegram"da izləyin