Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Haaretz” nəşri məlumat verir ki, atılan raketlərdən biri partlamayıb, digəri isə İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsə də, düşdüyü ərazidə insanlara zərər vurmayıb.
İsrail atılan raketlərə cavab olaraq bu gün səhər saatlarında Qəzza bölgəsində HƏMAS-ın təlim düşərgəsinə raket zərbələri endirib.
Düşərgənin tərkibində üç obyektin, terrorçu infrastrukturun əlavə elementlərinin məhv edildiyi bildirilir.
Ağalar Qəribov
Ordu.az