Rusiyada dəniz aviasiyası və SOD-un HHM qüvvələri orduya birləşdirilir

2017/12/7665921034_f62a2073bc_o345345_1513580021.jpg
Oxunub: 417     14:50     18 Dekabr 2017    
Rusiya Müdafiə Nazirliyi dəniz aviasiyası və Kamçatka, Çukotka, həmçinin Arktikada hava məkanına nəzarət etməli olan Sakit Okean Donanmasının Hava Hücumundan Müdafiə qüvvələrini orduya birləşdirilməyi planlaşdırır.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qruplaşmanın əsasını 317-ci qarışıq aviasiya polku və Petropavl-Kamçatka yaxınlığında, Yelizovoda yerləşən 53-cü hava hücumundan müdafiə diviziyası təşkil edəcək.

Yeni ordu, təhdidlərin izlənilməsi və gözlənilməz hava hücumlarının qarşısının alınması məqsədilə yaradılır.

Hərbi ekspert Aleksey Leonkovun fikrincə isə, belə qruplaşmanın formalaşdırılması Asiya-Sakit okean regionunda Şimali Koreya tərəfindən təhlükənin yaranması və ABŞ-ın Pxenyana sərt reaksiyası ilə gərginliyin artmasını nəzərə aldıqda, tamamilə məntiqli addımdır.

Həmçinin aviasiya qüvvələrinin strukturunda da əsaslı dəyişikliklərin olacağı bildirilir. Rusiya MNB Aviabazaların yerinə polk və diviziyalar yaratmağı planlaşdırır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MN  


Bizi "telegram"da izləyin