Əlcəzair XİN: Terrorçular Suriya və İraqdan Afrikaya qaçırlar

2017/12/orig-15088643736a70bcd4b04c7505813edd61c40b7c7a456456_1513579637.jpeg
Oxunub: 444     14:44     18 Dekabr 2017    
Xarici terrorçular Suriya və İraqdakı qaynar nöqtələrdən Afrikanın Sahil zonası, Afrika burnu və Çad gölünün ətraf ərazisinə qaçırlar.

Ordu.az “Algerie Presse Service” nəşrinə istinadən xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyi dünən Əlcəzair şəhərində yerləşən Afrika mərkəzində terrorizmin problemlərinə həsr edilən iclas çərçivəsində oxunan hesabatda bəyan edib.

“Xarici terrorçuların Suriya və İraqdakı döyüş zonalarından doğma ölkələrinə, yaxud digər münaqişə və böhranlı ərazilərə yerdəyişməsi baş tutur. Belə yerlər arasında Sahil regionu, Afrika burnu və Çad gölünün ətraf ərazisini xüsusilə fərqləndirmək olar”, - deyə hesabatı oxuyan Əlcəzair Xarici İşlər Nazirliyinin nümayəndəsi Hauis Riaş bildirib.

Onun sözlərinə görə, Əlcəzair hökumətu bunu region ölkələrinin təhlükəsizliyi üçün ciddi təhlükə hesab edib.

“İdeoloji olaraq yaxşı hazırlanan, hərbi bacarıqların öyrədildiyi və şəbəkə, o cümlədən sosial şəbəkədən çox yaxşı şəkildə istifadə etməyi bacaran bu cinayətkar elementlər olduqları hər yərdə partizan müharibəsi formasında desturktiv fəaliyyət aparmağa qadirdirlər”, - deyə Riaş vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   İŞİD   Afrika  


Bizi "telegram"da izləyin